“Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, “Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir.
Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”.
ONN media xəbər verir ki, bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır: “Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya “Avto FM” radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. “Avto FM” radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır”.
T. Dadaşov qeyd edib ki, bu barədə Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib: “Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir”.



Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
Azərbaycanda yeni radio açılacaq
Azərbaycanda televiziya və radiolarda çalışanların sayı açıqlanıb
MTRŞ:"Radiolarda heç də hər şey qaydasında deyil"
Bu şirkətlər yeni radionun açılması üçün sənəd təqdim ediblər - SİYAHI
MTRŞ bu kanalı cəzalandırdı - YAYIM DAYANDIRILACAQ
MTRŞ telekanallardan birini cərimələdi
CBC radiosu Qarabağda yayıma başladı
MTRŞ-də YENİ TƏYİNAT
"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
MTRŞ ləğv edilir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 