"Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil".
ONN media xəbər verir ki,Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri radiolardakı əsas problemləri də açıqlayıb: "Əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərə bilərik. Bundan başqa, radioların proqram siyasətində də müəyyən problemlər özünü göstərir. Teleradio yayımı haqqında qanunvericilikdə radioların üzərinə düşən bir sıra vəzifələr öz əksini tapıb. Onlardan biri də efirin eynitipli yayımlarla yüklənməsinə yol verilməməsinin zəruriliyidir. Amma təəssüf ki, bir sıra radiolar yalnız musiqi və saatın tamamında xəbərlər verməklə işini bitmiş sayır. Radioların efirində proqram rəngarəngliyi təmin edilməlidir, maarifləndirmə işinə diqqət artırılmalıdır, radioların potensialından səmərəli istifadə edilməlidir".
T. Dadaşov qeyd edib ki, musiqi seçimində də peşəkarlığa diqqət yetirilməlidir: "Burada radiolarda yaradıcılıq redaksiyalarının üzərinə böyük məsuliyyət düşür. Tematik radioların da proqram səbətinin zənginləşdirilməsinə ciddi ehtiyac duyulur. Fəaliyyət göstərdikləri sahələr üzrə rəngarəng yayım proqramı hazırlanmalıdır. Məsələn, bu mənada Avto FM-dən gözləntilər çoxdur".
T. Dadaşov vurğulayıb ki, MTRŞ rəhbərliyi tərəfindən monitorinq qrupuna radioların efirinin total şəkildə izlənməsi və bunun nəticəsi əsasında geniş təhlillərin aparılması ilə bağlı xüsusi tapşırıq verilib: "Təqribən mart ayının ikinci yarısında monitorinqin nəticələri bəlli olacaq". (APA)



MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
MTRŞ telekanallardan birini cərimələdi
MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI
MTRŞ ləğv edilir?
Bayram günləri teleradio verilişləri yoxlanılacaq
MTRŞ: Efirdə ədəbsiz ifadə, söyüş...
Bu tarixdə televiziya və radio kanalların yayımı dayandırılacaq - AZƏRBAYCANDA
MTRŞ-də YENİ TƏYİNAT
"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
MTRŞ: Bu o demək deyil ki, kanallar istədiklərini edə bilərlər
Radiolarla bağlı problem nədir?-AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 