Aşıq İsfəndiyar Rüstəmov vəfat edib.
ONN media Apa-ya istinadən xəbər verir ki, Bu barədə aşığın nəvəsi Rüstəm Rüstəmov məlumat verib. O, bildirib ki, aşıq İsfəndiyar uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını dəyişib.
Mərhum sabah Gədəbəydə dəfn olunacaq.
Qeyd edək ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunda doğulub.
1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.
Aşıq İsfəndiyar Azərbaycan prezidentinin təqaüdçüsü olub.
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib.



Azərbaycanda məşhur aşığın oğlu vəfat etdi
İlham Əliyev sərəncam imzaladı
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq
25 oktyabr Kamandar Əfəndiyevin vəfat etdiyi gündür
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanın tanınmış aşığı vəfat etdi
21 oktyabr Aşıq Kamandarın doğulduğu gündür
Aşıq Şəmşirin 125 illiyi qeyd olunacaq
Aşıq Əliyə ağır itki üz verdi
Bu gün Aşıq Veysəlin doğulduğu gündür
Aşıq Pəri məclisi konsert təqdim edəcək
Azərbaycan mədəniyyətinə BÖYÜK İTKİ: Xalq artisti vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 