Unutmayaq,unutdurmayaq! Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb,təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş,əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s. Onun ifasında 34 dastan audo, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılmışdır. Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır. Ustadın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunmuşdur.Gürcüstan prezzidentinin fərmanı ilə anadan olmasının 65 illiyi şərəfinə "Şərəf"ordeni verilmişdir. Ulu ozan sənətinin azmanı 2000-ci il oktyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Allah rəhmət eləsin!
25 oktyabr Kamandar Əfəndiyevin vəfat etdiyi gündür



21 oktyabr Kamandar Əfəndiyevin doğum günüdür
21 oktyabr Aşıq Kamandarın doğulduğu gündür
21 oktyabr Aşıq Kamandarın doğum günüdür
SON DƏQİQƏ: Tanınmış azərbaycanlı müğənni vəfat etdi
Bu gün Aşıq Veysəlin doğulduğu gündür
Aşıq İsfəndiyar vəfat etdi
25 dekabr Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
25 DEKABR MƏMMƏD DƏMİRÇİOĞLUNUN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Aydın Qaradağlının vəfat etdiyi gündür
Bu gün Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
20 avqust Adil Babayevin vəfat etdiyi gündür
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 