Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
ONN media APA-ya istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan Müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Ali Baş Komandanın ordu quruculuğunun prioritet məsələ olması, ölkəmizin silahlanması, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun şanlı tarixi qələbə əldə etməsi barədə səsləndirdiyi fikirləri xüsusi qeyd edən nazir bildirib ki, dövlətimiz və xalqımız tərəfindən Azərbaycan əsgərinə hər zaman yüksək qiymət verilir.
Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.



Zakir Həsənov erməni təxribatlarının qarşısının alınması üçün TAPŞIRIQ VERDİ
Sərhəddə gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - Müdafiə naziri
Orduya döyüş əməliyyatlarının başlamasına hazır olmaq əmr edildi
Zakir Həsənovdan hərbçilərə VACİB TAPŞIRIQ
"Ordumuz HAZIRDIR"- Zakir Həsənov
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Laçın dəhlizi ilə bağlı general tapşırıq verdi
Zakir Həsənov xidməti müşavirə keçirdi
Nazir orduya GÖSTƏRİŞ VERDİ: Sayıqlığı artırın!
Zakir Həsənov müşavirə keçirdi
Zakir Həsənov tapşırıq verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 