Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmənin qeyri-qanuni hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb.
Vəziyyət o həddə çatıb ki, qondarma qurumun “müdafiə naziri”, general-leytenant Levon Mnaçakanyan “News.am”-a müsahibəsində bunu etiraf etmək məcburiyyətində qalıb.
ONN media Metbuat.az-a istinadən məlumat verib ki, Mnaçakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib.
Erməni general ciddi cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Ötən il Ermənistan odusunda qeydə alınan ölüm faktları seperatçı generalının dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib.
“Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə bu istiqamətdə maarifləndirici iş aparılır”, - Mnaçakanyan deyib.
Mnaçakanyan müsahibəsinə Aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır.
“Təbii ki, hər bir insidentdən sonra diqqətlə analiz aparılır. Bu, 2016-cı ilin aprelindən sonra da baş verdi. Bütün hadisələr və hərəkətlər diqqətlə öyrənildi, analiz edildi, nəticələr çıxarıldı və onların nəticələrinə əsasən işlər aparılır. Lakin biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik”.



60 erməni hərbçi ölüb - Düşmən ordusunda xaos
Ermənistan ordusunda ŞOK İTKİLƏR: 4 zabit, 7 MAXE və 5 əsgər...
Moskvada rekord sayda ölüm qeydə alındı
Ermənistan ordusunda ölüm və intiharlar niyə artıb?
Düşmən tərəfindən ŞOK ETİRAF
Türkiyədə rekord sayda ölüm qeydə alındı
Bakıda xəstəxanada nə baş verir?- 4 ayda...
Azərbaycanda ölüm səviyyəsi nə qədərdir?
Koronavirusdan ölüm sayı REKORD HƏDDƏ
Erməni generaldan SENSASİON ETİRAF
Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 