Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına əsasən bir sıra ölkələrdə (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir.
“Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Hər gün bu xəstəliyin yayıldığı bildirilir.
Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib. Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir. Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”, - DBNX-dan deyilir.



Diri toyuqların gətirilməsinə qadağa qoyuldu
“Quş qripi” ilə bağlı AÇIQLAMA
Quş qripi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Azərbaycandan Almaniyaya QADAĞA
Azərbaycan bu ölkələrə QADAĞA QOYDU
AQTA-dan daha bir QADAĞA
Bu ölkələrdən diri quşların Azərbaycana keçməsinə qadağa qoyulub
Azərbaycandan bu ölkələrə QADAĞA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 