ONN İnformasiya Agentliyi

"Prezident seçkilərində İlham Əliyevin namizədliyinə dəstək"adlı tədbir keçirilib

"Prezident seçkilərində İlham Əliyevin namizədliyinə dəstək"adlı tədbir keçirilib
15-02-2018, 17:02


ONN media xəbər verir ki, bu gün Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon ictimaiyyəti 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir adlı tədbir keçirilib.

Tədbirdə YAP idarə heyyətinin üzvü, əməkdar elm xadimi, professor Şahlar Əskərov, Əməkdar Jurnalist, şair Adil Cəmil, Neft Akademiyasının müəllimi professor Musa Kazımov, Tibb Universitetinin müəllimi Nağdəli Zamanov, Bakı Dövlət Universitetinin dossenti Ələmdar Cabbarlı, ADA universiteinin tələbəsi Rəşad Təhməzli çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin bu günə kimi etdiyi iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı hesabı yoxdur. Həbib Misirov çıxışı zamanı gənclərimizi prezident seçkilərində fəal iştirak etməyə çağırdı və qeyd etdi ki, biz dövlətimizin və dövlətçiliyimizin hər zaman yanındayıq. ADA universitetinin tələbəsi Rəşad Təhməzli çıxışı zamanı həmyaşıdlarını Prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb və o qeyd edib ki, edilmiş işlər ediləcək işlərin təbliğatıdır.

Kəlbəcər ictimaiyyətinin nümayəndələri, Kəlbəcər ziyalıları, ağsaqqalları və gəncləri sonda bildiriblər ki, Azərbaycanın bundan sonrakı taleyinin etibarlı əllərdə olmasını qətiyyətlə istəyərək bildirdilər ki, bu işdə qəlbən inandıqları və güvəndikləri yeganə lider möhtərəm Prezidentimiz İlham Əliyevdir. Buna görə də 11 aprel 2018-ci il tarixində keçiriləcək seçkilərdə yeganə namizəd möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləyirik.Onlar bildiriblər ki,aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak edərək dövlətimizin başçısına səs verəcəklər.

Fəridə Qafarova

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png