Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi münasibətilə aprelin 30-da dramaturqun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. ONN media xəbər verir ki, tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Ümid Mirzəyev, C.Cabbarlı ocağının yadigarları , onun nəvələri - C.Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, vaxtilə C.Cabbarlının müəllimi olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi, onun adını daşıyan ev-muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı Bəhruz Vaqifoğlu və digər qonaqlar iştirak edib. Tədbir kollecin foyesindən C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən səyyar- sərginin nümayişi, ədibin şeirlərinin ayrı-ayrı tələbələr tərəfindən ifa olunması və Kollecin 100 illiyinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərginin təqdimatı ilə başlanıb. Daha sonra Kollecin akt zalında “Mizan” tələbə-dram dərnəyinin ifasında “Solğun çiçəklər” tamaşası nümayiş olunub. Tədbirin axırında qonaqlar çıxış edərək tamaşa haqqında təəssüratlarını bölüşüblər.
“Solğun çiçəklər” əsərinin premyerası olub



Cəfər Cabbarlının qızı ilə vida mərasimi keçirilib
Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video
Cəfər Cabbarlının 120 illiyi qeyd olunacaq
Hüseyn Cavid 135
Bu gün Cəfər Cabbarlının doğulduğu gündür
20 mart Cəfər Cabbarlının doğulduğu gündür
O gün olsun bir göy bayraq Turan üstə açılsın - CƏFƏR CABBARLI
Bu universitetlərin prorektorları dəyişdirildi - Siyahı
ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Cəfər Cabbarlının nəvəsi vəfat etdi
Cəfər Cabbarlının qızı vəfat etdi
Azərpaşa Nemətovu o əvəz etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 