ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil. Buğa - təhlükəsizlik və maraqlarınızın qeydinə qalın. Əldə edilmiş nəticəni hifz etmək üçün təmkinli və səbrli olun. İmkandan yararlanmağa başladığınızı hiss etsəniz, yarı yolda dayanmayın. Emosiyaların özbaşına olaraq sakitləşəcəyini düşünməyin. Qəfil hadisə ilə qarşılaşa bilərsiniz. Şərtlər dəyişir. Planları dəyişməyə hazırlaşın, yeniliklərdən çəkinməyin. Yaxın perspektivdəki işlərin bünövrəsi indi qoyulur. Əkizlər - hisslərin xüsusilə gərildiyi, prioritetlərin dəyişdiyi, həqiqətləri söyləmə ehtiyacın duyulduğu zamandır. Yaşanan olaylar situsiyanı pis və ya yaxşı yönə dəyişə bilər. Aldanmaq istəmirsinizsə, görülməmiş işi görülmüş hesab etməyin. Konkret məsələdə müəyyənlik əldə etmək, gələcəklə bağlı nələrə bel bağlamağın aydın olduğu vaxtdır. Xərçəng - nisbətən zəif mövqelərinizi anlamağa, həmin istiqamətdə az sonra nələrin baş verə biləcəyini təxminləməyə çalışın. Biznesdəki tərəfdaş, iş yoldaşı və qohumlar arasıda inadkarlıq nümayişi ilə qarşılaşacaqsınız. Bununla belə, kompromis yolu seçin, mühüm məsələlərlə bağlı anlaşma əldə edin və yaxın günlərdə dəstəyi təmin edin. Şir - gərgin situasiyaların həllini tapdığı gündür. Yarımçıq qalan işləri başa vurun, alınan informasiyanı təhlil edin. Görüş və təmaslarda hövsələsiz, səbirsiz davranmayın. Tələsik qərarlar, düşünülməmiş addımlar, emosional açıqlamalar yalnız zərər verə bilər. Sonrakı peşmançılıq hissini yaşamamaq üçün davranış və sözlərinizə diqqət edin, neytral mövzuya keçin. Nə isə mane olursa, ondan qurtulun. Təəssüflənməyin, əks halda irəliləyiş olmayacaq. Qız - yaxın gələcəklə bağlı hədəf və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabət şəraitində baş verəcək. İntuisiyanızın xəbərdarlıqlarına həssas olun, yaxın vaxtlarda fəaliyyət istiqamətini dəyişə biləcək hadisələrin təmayülünü anlamağa çalışın. İşdə, tərəfdaş münasibətlərində, əmədkaşlıq məsələlərində yeniliklər gözlənilir. Tərəzi - fəal çalışıb işlərin tam əksəriyyətini bitirmək imkanı var. Yaxın ətrafınızdakı insanlardan nə isə tələb edənə qədər həmin işi özünüz bitirin. Bel bağladığınız insanların başqa planları ola bilər. Gərəksiz, emosional təmaslara ehtiyac yoxdur. Səhhət və təhlükəsizliyinizin qeydinə qalın. Ehtiyatlı olun.
Günün qoroskopu: impulsiv qərarlar qəbul etməyin



Günün qoroskopu: Münasibətlərin kəsilməsi istisna deyil
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: əsəbləriniz tarıma çəkilə bilər
Günün qoroskopu: Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Eqoist və təşəxxüslü olmayın
Günün qoroskopu: münasibətlərdə harmoniya yaradın
Günün qoroskopu: Pis məqam deyil, amma təşəxxüsə qapılmayın
Günün qoroskopu: intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq
Günün qoroskopu: qətiyyətli olun
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı
Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
Həkimdən XƏBƏRDARLIQ: Kondisionerdən səhv istifadə edilməsi ciddi xəstəliklərə səbəb ola bilər
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
İranda bu hava limanları bağlanır
Maaş və sosial ödənişlərdə artım olacaq? 