Səbail rayon İcra Hakimiyyətində rayonda Pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.
ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib.
Sonra bildirib ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.
İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.
Eldar Əzizov bildirib ki, Səbail rayonunda həyata keçirilən bütün Pilot layihələr prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir. Tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı suallar həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər.



Eldar Əzizovdan icra başçısına SƏRT İRAD
Yeni icra başçıları kollektivə təqdim olundu
Bibiheybətdə səyyar görüş keçirilib
RİH Bayıldakı sürüşməyə münasibətini bildirib
Bayılda yaşayanların DİQQƏTİNƏ
Bakıda tıxaclara SON: Xüsusi QƏRARGAH yaradıldı
İcra başçısı sürüşmə zonasında
Əzizov onu aparat rəhbəri əvəzi təyin etdi
Eldar Əzizov sürüşmə zonasına gəldi
Eldar Əzizov Bakı “mer”inin seçki ilə seçilməsindən danışdı
Abutalıbovun sərəncamı ləğv edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 