"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”.
ONN media-nın xəbərinə görə, bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: "Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”.
E. Əzizov qeyd edib ki, Bayıl yamacında təhlükəli zonada 98 ev yerləşir: "Onların 90 faizi 2000-ci illərə qədər tikilib. Həmin 98 evdən yalnız birinin sənədi var. Bütün məsələlər nəzarətdədir. Hər şey mütəxəssislərin rəyindən asılı olacaq. Elə ərazilər var ki, ordan sakinlər köçürülməlidir. Elə ərazilər də var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyindən sonra veriləcək".
E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.



Bayıldan köçürülən ailələrə şad xəbər
Sürüşmə zonası ilə bağlı xəbər var
Sürüşmə zonasındakı evlər barədə qərar niyə gecikir?
Bayılda 98 ev söküləcək
Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV
Bayil sürüşmə zonasında bayram tədbiri
Bayıldakı son vəziyyət nədir?
Kirayə evlərlə bağlı vacib məlumat - Ev sahibləri...
RİH Bayıldakı sürüşməyə münasibətini bildirib
Bayılda sürüşmə ilə əlaqədar 100-dən çox evin sakini köçürüldü
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Kirayə mənzilləri necə satın almaq olar?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 