ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın. Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun. Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun. Buğa - bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır. Uğurlu alış-veriş istisna deyil. Qəfil gəlir və hədiyyələr istisna deyil. Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin. Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır. Əkizlər - başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin. Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın. Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək. Xərçəng - çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz. Günün ikinci yarısı bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin. Yeni tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal ideyalar peyda olur. Şir - günün ilk yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər, gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün münasib zamandır. Günün ikinci yarısı yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar. Qız - gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin. Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Daha enerjili, aktiv olun. Orijinal ideyalarınızı cəsarətlə reallaşdırın. Müsbət hisslərinizi yaxın ətrafınızdakı insanlarla bölüşün. Tərəzi - sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin. Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.
Günün qoroskopu: Zahiri görünüşə aldanmayın



Günün qoroskopu: intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq
Günün qoroskopu: Çox orijinal, ekstravaqant əşyaşar almayın
Günün qoroskopu: layihənizi reallaşdırmağa başlayın
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Qəfil gəlirlər, hədiyyələr və sürprizlər istisna deyil
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: Qəfil sürprizlər istisna deyil
Günün qoroskopu: sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının
Günün qoroskopu: Tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: Kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verin
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 