ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq. Eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Buğa - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar. Əkizlər - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın. Xərçəng - özünüz zərər görməklə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də problem yaradacaqsınız. İşdə rəhbərliklə münaqişə istisna deyil. Şir - planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin. Qız - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın. Tərəzi - əks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun. Əqrəb - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər. Oxatan - qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin. Oğlaq - layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun. Dolça - yanlış təəssüratın əsirinə çevrilməyin ki, şəxsi münasibətlərdə mənfi təmayüllər formalaşmasın. Günün ikinci yarısı yeni planların reallaşması, ideyaların izharı, maraqlı fəaliyyət zamanıdır. Alış-veriş üçün yaxşı vaxtdır. Yaşam arealında konstruktiv dəyişikliklər etmək olar. Axşam saatlarını musiqi sədaları altında keçirmək olar. Balıqlar - başladığınız işlərdə mükəmməliyə can atın. Yalnız zahiri gözəlliyə inanmayın. Qarşılaşacağınız insanların fərdi məziyyətlərinə fikir verin. Təmasda olduğunuz şəxsləri dəyərləndirəndə hisslərə qapılmayın.(milli.az)
Günün qoroskopu: layihənizi reallaşdırmağa başlayın



Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Sizə faydalı ola biləcək insanlarla görüşün
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: yaşlı qohumlar sizi dinləməyə hazırdır
Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: kiçik anlaşılmazlıqlar istisna deyil
Günün qoroskopu: sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının
Günün qoroskopu: maliyyə problemləri yarana bilər
Günün qoroskopu: kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın
Günün qoroskopu: ciddi planlardan birinin reallaşdırılmasına başlaya bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 