Sərt karantin rejimindən əvvəl və sonra vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində heç bir problem yaşanmayıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib. O bildirib ki, həftə sonları küçəyə çıxma qadağası tətbiq edilən şəhər və rayonlarda heç bir məhsul qıtlığı qeydə alınmayıb:
“Bütün satış obyektləri ehtiyatlarını əvvəlcədən görmüşdülər. Bu səbəbdən nə sərt karantin rejiminin tətbiqindən bir gün əvvəl, nə də 1-ci gün kənd təsərrüfatı məhsullarının satışında qıtlıq müşahidə olundu. Növbəti qadağalardan əvvəl və sonra da qıtlıq müşahidə edilməyəcək. Çünki qadağanın bitdiyi gün saat 06.00-da hərəkət bərpa edilir. Həmin vaxtı isə Ələtdə və yaxud Quba istiqamətində, Hacı Zeynalabdin Tağıyev ərazisində maşınlar hazır vəziyyətdə durur. Hərəkət bərpa edildikdən sonra onların bazarlara gəlib çıxmasına isə cəmi 1 saat lazım olur”.
Nazirlik rəsmisi fermerlərə təklif edib ki, sərt karantin tətbiq edilən zaman məhsullarını digər bölgələrə aparsınlar:
“Fermerlər bizə müraciət edir ki, kənd təsərrüfatı mallarını sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara gətirsinlər. Biz bir daha fürsətdən istifadə edib deyirik ki, şəhərə giriş-çıxış bağlı olduğu üçün fermərlər məhsullarını həmin günlərdə gətirməsinlər. Biz bu situasiyada fermerlərə təklif edirik ki, öz məhsullarının digər rayonların bazarlarında satışını təmin etsinlər. Bu karantin rejimi əhalinin sağlamlığı üçün tətbiq edilən qərardır. Bununla yanaşı bölgələrimizdə kənd təsərrüfatı malları kifayət qədər bol, tələbat isə çoxdur. Yəni bu gün Göyçayda fermer üçün məhsulu Bakıya deyil, Ağsuya gətirib satmaq daha çox sərf edir. Bu səbəbdən qadağa tətbiq edilən günlərdə fermerlər öz məhsullarını hərəkətin sərbəst olduğu bölgələrin bazarına çıxarsınlar”



Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Ölkədə ərzaq qıtlığı yaşanacaqmı? - RƏSMİ
Bayramda küçəyə çıxmaq qadağan ediləcək? - Rəsmi
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
Karantin ləğv edilə bilər - Açıqlama
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA
Gələn həftə cümə və şənbə küçəyə çıxmaq qadağası ola bilər
Bu ərazilərdə polis postları qurulacaq
Fransada sərt karantin rejimi tətbiq edildi
Bu ölkədə sərt karantin rejimi ləğv edilir
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 