Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. ONN media xəbər verir ki, bunu Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynov karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığının yaşanma ehtimalının olub-olmaması barədə danışarkən deyib. O bildirib ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib: "Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonun, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsduldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir". Nazirlik rəsmisi onu da qeyd edib ki, karantin rejimi ilə əlaqədar ictimai iaşə obyektləri bağlandığı üçün kənd təsərrüfatı və ərzaq məhsullarına tələbat azalıb: "Bildiyiniz kimi tətbiq olunan karantin rejimi qaydalarına əsasən, şadlıq sarayları, kafe və restoranlar, xidmət obtyektləri, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb, eyni zamanda mehmanxanalar və digər turizm obyektləri də fəaliyyəti göstərmir. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları sayılırdı. Obyektlərin fəaliyyətini dayandırması, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulması avtomatik olaraq kənd təsərrüfatı məhsullarına daxili tələbatı azalıb. Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalara görə, indiki mərhələdə qeyd olunan səbəblərdən kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5% civarında azalacağı gözlənilir. Bu amil bazarda istehlakçılara təklifin artması, məhsul bolluğu deməkdir".
Ölkədə ərzaq qıtlığı yaşanacaqmı? - RƏSMİ



Nazirlik yayılan iddialara CAVAB VERDİ
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə yeni TƏYİNAT
Ərzaq qıtlığının əsl səbəbi... - Putin
Anar Hüseynova nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi
Ərzaq məhsulları ucuzlaşacaq?- Rəsmi
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?
Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Azərbaycanda ərzaq məhsulları bahalaşdı - Video
Fermerlərə ŞAD XƏBƏR
Baş nazirdən növbəti qərar
Azərbaycanda əhalinin ərzaq xərcləri artdı – Nəyə nə qədər pul xərcləyirik?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 