2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş, SOCO xeyriyyə fondunun təsisçisi və rəhbəri Sandra Elizabet Rulofs Milli Fikir Mərkəzinin dəvəti ilə fevral ayının 27-də Bakıya gələcək.
Milli Fikir Mərkəzinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, xanım Rulofs 27 fevral saat 11.00-da MFM üzvləri ilə birlikdə I Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edəcək. Elə həmin gün saat 14.00-da isə Park Inn hotelin “Dan ulduzu” zalında müəllifi olduğu “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dili tərcüməsinin təqdimatında iştirak edəcək. Saat 19.00-da isə xanım Rulofs “Caspian Plaza”nın III korpusunda 10-cu mərtəbədə mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Bir idealistin hekayəsi” Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunub.
Media nümayəndələri xanım Rulofsun Fəxri Xiyaban ziyarətinə, “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilində tərcüməsinin təqdimatına və mətbuat konfransına dəvətlidirlər.



Saakaşvilinin xanımı Bakıya gəlir
Saakaşvilinin həyat yoldaşının kitab təqdimatı olacaq-BAKIDA
Prezident və xanımı Fəxri xiyabanda
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev və xanımı ulu öndərin məzarını ziyarət ediblər
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev Zərifə Əliyevanın məzarını ziyarət etdi
Prezident Fəxri Xiyabanda - Canlı
Sadır Japarov Fəxri Xiyabanda oldu
Lavrov Fəxri xiyabanı ziyarət etdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 