“Hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxma və ölüm halları günü-gündən artır. Bu da insanların qaydalara ciddi yanaşmamaları və vaksinasiya prosesində fəal iştirak etməmələri ilə bağlıdır”. ONN media xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib. O qeyd edib ki, son zamanlar Türkiyədə yoluxma və ölüm halları sürətlə artır. Həkim xatırladıb ki, qardaş ölkədə gündəlik yoluxma 60 mindən, ölüm halları isə 300-dən çoxdur: “Bu səbəbdən bəzi ərazilərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Əgər Azərbaycanda da yoluxma və ölüm sayında artım müşahidə olunsa, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər. Ona görə də vətəndaşlara müraciət edirəm ki, hər kəs vaksinasiya olunsun, qoyulan qaydalara ciddi yanaşılsın, qoruyucu maskalardan mütəmadi istifadə edilsin. Əgər hər hansı xəstəliyin peyvəndi mövcuddursa, bu sevindirici haldır. Hazırda Ramazan ayıdır. Yaxşı olardı ki, insanlar iftar süfrələrini öz evlərində yalnız ailə üzvlərinin iştirakı ilə açsınlar. Qaydalara ciddi riayət edilərsə, yoluxma sayında azalma olar və sərt karantin rejiminə keçidə ehtiyac qalmaz”. Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 301 661 nəfər virusa yoluxub. Onlardan 265 539 nəfər sağalıb. Virusdan ümumi ölüm halı isə 4 169 nəfər təşkil edib. Hazırda 31 953 aktiv COVID-19 xəstəsi var. Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların sayı 889 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 448 148 nəfər təşkil edir. /Report.az/
Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...



Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Karantin ləğv edilə bilər - Açıqlama
Bu virus bir il müddətində bizimlə olacaq - ÜST rəsmisi
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər – RƏSMİ
“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Ayın sonundan yenidən karantin rejiminə keçid olacaq?
Payızda yenidən karantin olacaq?
Bakıya giriş-çıxış bir müddət də bağlı qala bilər - SƏRT KARANTİN
Karantin müddəti azaldıldı, sağalanların sayı artdı
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
Gənc yaş qruplarında yoluxma halları artır - Ramin Bayramlı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 