Avqustun 20-dən Azərbaycanda məhkəmələrin fəaliyyəti tam şəkildə bərpa olunur. Ali Məhkəmədən ONN media -ya verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilib: 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun. Azərbaycan Respublikasının bütün məhkəmələrində: Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun; Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin; Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR



Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Məhkəmələrin fəaliyyəti bərpa olundu
Əli Əsədov 190 manatla bağlı QƏRAR İMZALADI
Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
Baş nazirdən KARANTİNLƏ BAĞLI QƏRAR
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
İdman yarışlarına icazə veriləcək?
SON DƏQİQƏ: Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Bu tarixdən maska tələbi ləğv edilir - RƏSMİ
SON DƏQİQƏ: Azərbaycanda sərt karantin rejimi yumşaldılır
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 