Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair məlumat yayıb. Operativ Qərargahdan ONN media -ya verilən məlumata görə, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib. “Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcəkdir. Məlumat üçün habelə bildiririk ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.
Şəkidə bazar 3 günlük BAĞLANDI



Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
SON DƏQİQƏ: Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
Azərbaycanın bu şəhərində koronavirusa kütləvi yoluxma qeydə alındı
Operativ Qərargahdan vətəndaşlara — MÜRACİƏT
Operativ Qərargah əhaliyə ÇAĞIRIŞ ETDİ
Bu gündən xüsusi karantin rejimi yumşaldıldı - RƏSMİ
Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ
Operativ Qərargah əhaliyə ÇAĞIRIŞ ETDİ - VİDEO
SON DƏQİQƏ: Rayonlara gediş-gəlişlə bağlı qadağa ləğv olundu
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 