ONN İnformasiya Agentliyi

General-mayor Mayis Bərxudarov: "Gərgin döyüşlər gedir"

General-mayor Mayis Bərxudarov: "Gərgin döyüşlər gedir"
28-09-2020, 11:17

Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov cəbhədəki son vəziyyətlə bağlı açıqlama verib. ONN media bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada  deyilir: “Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png