ONN media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazrliyin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.
Reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.
Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.
Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan “məcburi göstəriş” verilib.
Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.
Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.



Vəzifəli şəxsi iki min manat cərimələndi
“Melissa Park”ın sakinləri cərimə olundu
Məişət tullantılarını yandıran şəxs cərimələnib
Vəzifəli şəxs 3 min manat cərimə edildi
İki nazirlik tərəfindən reyd keçirilib
Vəzifəli şəxs cərimələndi
Bələdiyyə sədri cərimələndi
Bu rayonun bələdiyyə sədri cərimələndi
Hökməli bələdiyyəsi cəzalandırıldı - SƏBƏB?
Bu obyekt sahibləri cəzalandırılıb
Bu obyektlər cərimələndi
Ekologiyanı pozanlar cərimələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 