ONN media xəbər verir ki, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə reydlər keçirib.
Reydlər zamanı Mərdəkan qəsəbəsinin Xəzər dənizi sahili zolağında fəaliyyət göstərən “Karvan Palase” mehmanxanasının, “Xəzri” və “City Beach” istirahət mərkəzlərinin ərazilərində tullantıların düzgün idarə olunmadığı və qalaqlandığı faktları aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palase”, “Xəzri” ictimai iaşə obyektlərinin icracı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. “City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub. Ərazinin tullantılardan təmizlənməsi tələbi ilə ictimai iaşə obyektlərinin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Reydlər davam etdirilir.



Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Bu obyektlər cərimələndi
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT
Xəzər sahili zonasında reydlər davam etdirilir
ETSN reyd keçirdi- Lənkəranda...
Vəzifəli şəxsi iki min manat cərimələndi
Bu çimərlikləri işlədən şəxslər cərimələndi - SİYAHI
DİN və ETSN birgə reydlər keçirib
Məişət tullantılarını yandıran şəxs cərimələnib
Vəzifəli şəxs cərimələndi
Ekologiyanı korlayanlara 65 minlik cəza
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 