Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirir. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, istehkamçılar son 1 gündə Qarabağda 1300-dən çox partlayıcı obyekti zərərsizləşdirib. Onların IMP-S2 mina detektorları və INVU-3M müasir axtarış vasitələri ilə təchiz olunduğu bildirilib. Mühəndis kəşfiyyatı zamanı mina aşkarlama köpəklərindən də istifadə olunur. Həmçinin, ötən gün ərzində Xankəndi şəhərində ərazinin mühəndis kəşfiyyatı və minalardan təmizlənməsi işləri aparıldığı qeyd edilib. Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 Noyabr 2020-ci il tarixdən) təxminən 195 hektar ərazi, 87 km yol, 423 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 3 min 500-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib. Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş bir poliqona aparılaraq, evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.
Qarabağda SON DURUM



Rusiyadan Xankəndi ilə bağlı SON AÇIQLAMA
Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMA
Qarabağda 20 mindən çox sursat tapıldı
SON DƏQİQƏ: Xankəndi ilə bağlı YENİ XƏBƏR
Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMAT
Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Qarabağla bağlı SON MƏLUMAT
Qarabağda NƏ BAŞ VERİR? - SON AÇIQLAMA
Rus istehkamçıları Xankəndidə - VİDEO
Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı
Rusiyadan Qarabağla bağlı SON XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 