Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına Seçki Hüququ verilməsinin 100 illiyi” münasibəti ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirib.
APA-nın xəbərinə görə, tədbirdən əvvəl qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “Azad Qadın” heykəlini ziyarət ediblər.
Tədbirdə “Azərbaycan Xalq Cumhuriyyəti – dövründə qadınlar” adlı film nümayiş olunub.
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirib.
Azərbaycan elminin və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına prezident təltifləri təqdim olunub.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 23 ay yaşamasına baxmayaraq, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox dünya ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
H. Hüseynova bildirib ki, son 26 il ərzində Azərbaycan qadınları milli azadlıq hərəkatı, Qarabağ müharibəsi və dövlət quruculuğunda yaxından iştirak ediblər.
Onun sözlərinə görə, dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 29,2 faizdir: "79 rayon icra hakimiyyəti başçısının müavini, 2 səfir, 200 nəfər diplomat, 61 hakim, 26 notarius qadındır".
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır: "Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Ulu öndər Heydər Əliyev istər sovet vaxtı, istərsə də müstəqillik zamanı Azərbaycana rəhbərlik edərkən ölkə sürətlə inkişaf edib. Ümummilli lider Azərbaycan qadınlarının qayğısına qalıb, onları dövlət və hökumət işlərində daima irəli çəkib. Heydər Əliyev hakimiyyətdə olmadığı zaman Azərbaycan qadınları övladlarını bu torpaq uğrunda şəhid verdilər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, çünki Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirir".
Daha sonra ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam etdirilib.



Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
8 Mart- Beynəlxalq Qadınlar Günüdür
8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Prezidentin qadın hüquq müdafiəçilərinə BAYRAM HƏDİYYƏSİ
Bu gün Beynəlxalq Qadınlar Günü qeyd olunur
Yol polisləri xanım sürücüləri təbrik edib
Dövlət Komitəsinin sədri kim olacaq?
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Əməkdar jurnalist vəfat edib
Prezidentdən Qadınlar Günü ilə bağlı paylaşım
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 