ONN media xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.
Tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, o cümlədən elmi müəssisə və təşkilatların qadınlar şuralarının sədrləri və üzvləri iştirak ediblər.
İclası akademik Nərgiz Axundova açaraq tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
Sonra şuranın sədri Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar gününün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.
O, bu gün AMEA-da qadınların elmi fəaliyyətinə xüsusi diqqət yetirildiyini və 2018-ci ildə Qadınlar Şurasının yaradıldığını xatırladıb.
Tədbirdə həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və digərləri çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənə bağlı şəkildə yetişdirilməsinin önəminə toxunublar.
Sonra AMEA Qadınlar Şurasının Sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", Mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti", Gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər.



"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Ramiz Mehdiyev yeni direktor təyin etdi
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib
Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
AMEA-da YENİ TƏYİNATLAR
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır - Birinci-vitse prezident
AMEA-da bəzi kadr təyinatları oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 