Ailə qurduqdan sonra uzun müddətdir Türkiyədə yaşayan bəzi azərbaycanlıları narahat edən bir məsələ var. Evlilik səbəbi ilə Türkiyə pasportu alan bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı? Bununla bağlı Azərbaycanda müvafiq qanun qəbul edilsə də, xaricdəki səfirlik və konsulluqlarımız oradakı soydaşlarımızı tam bilgiləndirmir. ONN media xəbər verir ki, Türkiyədə yaşayan Seda Akgül (adı xanımın istəyinə əsasan şərtidir-red.) bildirir ki, o, Türkiyədə vətəndaşıq aldıqdan sonra Bakıdakı ailəsinə Agır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müstəntiqi tərəfindən bildiriş gəlib. Xanım Türkiyə vətəndaşlığını qəbul edib, Azərbaycan hökumətinə bununla bağlı gec xəbər verdiyi üçün 3000-5000 manat arasında cərimə olunacaq. Cərimə ödənməzsə, iş məhkəməyə çıxarılacaq. Məhkəmədən sonra inzibati əsaslarla cəzalandırılacaq. Araşdırmalar göstərir ki, qanundan tam xəbərdar olmayan azərbaycanlılara müxtəlif orqanlardan fəqrli cavablar verilir. Hətta bu insanların axtarışa veriləcəyi, cərimənin iki qata çıxarılacağı ilə bağlı məlumat alan həmyerlilərimiz nə edəcəklərini tam bilmirlər. Millət vəkili Qənirə Paşayeva bu məsələ ilə bağlı narahat edən məqama aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı qanunun 10-cu maddəsinin 2-ci hissəsində bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu yaşadıqları ölkədəki Azərbaycan səfirliyi və konsulluqları, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti ola bilər. Bu məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı araşdırmanı Daxili İşlər Nazirliyi aparır. Vətəndaşlara göndərilən bildirişlərdə 3000-5000 manat cərimənin nəzərdə tutulduğu doğrudur. Əgər bu məbləğ ödənməzsə, iş məhkəməyə çıxarılır və məlumatı verməyən şəxs inzibati qaydada cəzalandırılır. Məsələn, cərimə olunan şəxs işlə təmin edilir və ayıq əmək haqqı cərimə olaraq ödənir. Həmin iş şəxsin vətəndaşlıq aldıgı ölkədə deyil, Azərbaycanda verilir. Eyni zamanda verilən işi dövlət strukturu müəyyənləşdirir. Milli Məclisin Hüquq siyasəti və dövlıt quruculuğu komitəsinin sədri Əli Hüseynli da deyir ki, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız vətəndaşlıq dəyişildiyi zaman bununla bağlı rəsmi məlumat verməlidir. Azərbaycan Konstitusiyasına vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi aydın şəkildə göstərilmədiyindən bəziləri bu məsələdə çaşqınlıq yaşayır. Onların qənatinə görə, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedirsə, probleməı necə yanaşılamaldır? Əli Hüseyinli deyir ki, əlavə və dəyişiklikliklər vətəndaşlığın itrilməsi mexanizmini tənzimləyir. Deputatın sözlərinə görə, qanunun geriyə qüvvəsi yoxdur. Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, 2014-cü ilədək xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil edilmir. “Qanunun 10-cu maddəsinin 1-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər ( 2014-cü il) xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur”. (Modern.az)
DİQQƏT! Bunu edən qadınlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK



Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR
Koronavirusla bağlı cərimələr təsdiqləndi – MƏBLƏĞ
Bu şəxslər 5 min manat cərimə oluna bilər
Yeni cərimə təsdiqləndi- 5 min manata qədər...
Azərbaycanda bu şəxslər 1000 manat cərimələnəcək
Bu hotellər 5 min manatadək cərimələnəcək
Diqqət- Bunu edənlər 200 manat cərimələnəcək
Türkiyədə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
Həyətdə saxlanılan qonur ayının aqibəti necə olacaq?
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 