Türkiyədə yaşayan azərbaycanlıların sənədləşdirilməsi mərhələli şəkildə həll olunacaq.
ONN media Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib: "Bizim qarşımızda bununla bağlı ali rəhbərlik tərəfindən də tapşırıqlar qoyulub. Səfirlikdə bizim Daxili İşlər Nazirliyinin təmsilçiləri də var. Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələnin həlli istiqamətində işlər görür. Bu yaxınlarda da səfirlik tərəfindən bu məsələ ilə bağlı müvafiq işlər görülüb, yazışmalar aparılıb. Artıq həmin azərbaycanlıların siyahısı hazırlanaraq Türkiyə tərəfinə təqdim edilib. Yəqin ki, qısa zamanda bu məsələ hissə-hisə həll olunacaq".
X.İbrahim bildirib ki, eyni zamanda Türkiyədə yaşayan uşaqların təhsil problemi də var: "Türkiyənin təhsil naziri ölkəmizə səfər edərkən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu məsələni onun qarşısında ciddi şəkildə qaldırıb ki, sənədsiz uşaqlar da normal məktəblərdə təhsil ala bilsinlər".
Səfir həmçinin qardaş ölkədə sənədsiz yaşayan azərbaycanlıların deportasiya edilib-edilməyəcəyinə də aydınlıq gətirib: "Orada yaşayan azərbaycanlılar deportasiya olunmayacaqlar. Onların Türkiyədə yaşaması üçün sənəd məsələsi həll olunacaq. Bunun üçün Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları sıx işləməlidirlər. İlkin etapda Türkiyədə sənədsiz yaşayanların bir qisminin sənəd problemi həll ediləcək. Sonrakı mərhələdə isə Türkiyədə yaşayan digər sənədsiz azərbaycanlıların, ümumiyyətlə hər birinin məsələsinin həll olunmasına dair işlər görüləcək".
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR



Türkiyədə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı artdı - Video
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü
Bu türk şirkəti elə bir şey etdi ki... - Azərbaycanlıların etirazına səbəb oldu
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
Azərbaycan və Türkiyə arasında sənədlər imzalandı
DİQQƏT! Bunu edən qadınlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK
Yaxın zamanlarda qərarlar elan olunacaq - Nazir
Ceyhun Bayramov İsveçə getdi
Türkiyədə sabahdan mərhələli yumşalma başlayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 