Bu gün Azərbaycanda Od çərşənbəsidir. ONN media xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Bu gün Od çərşənbəsidir



Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur
Bu gün od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Su çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda yel çərşənbəsidir
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 