Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu "Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, çərşənbələrin sıralaması Su, Od, Hava və Torpaq şəklindədir. Fevralın 21-i Novruz bayramının ilk - Su çərşənbəsi qeyd olundu. Növbəti çərşənbə martın 7-nə təsadüf edir və Yel (Hava) çərşənbəsidir. Martın 14-də isə sonuncu - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana daxil olması isə martın 21-i Bakı vaxtı ilə saat 1:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.



Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur
Bu gün od çərşənbəsidir
Bu gün Azərbaycanda od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Su çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Azərbaycanda Novruz bayramı qeyd edilir
Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir
Bu gün ilaxır - Torpaq çərşənbəsidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 