Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) Yevlaxda şagirdləri buraxılış imtahanına aparan mikroavtobusun qəzaya uğraması ilə əlaqədar birgə məlumat yayıb.
ONN media-ya verilən birgə məlumatda deyilir ki, bu gün respublikamızın 27 şəh2ər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.
Daha sonra məlumatda qeyd olunub ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb:
"Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir.
Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub.
Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar.
Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmasını arzu edirik!"



Yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlarla bağlı AÇIQLAMA
Məktəbliləri daşıyan mikro avtobus qəza törədib
Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı
Hacıqabulda mikroavtobus qəzası: yaralananlar var
Partlayışda yaralananların vəziyyəti açıqlandı
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
Yevlax rayonundakı qəzada ölən qızın FOTOSU
BŞTİ valideynlərə müraciət etdi
9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi nə vaxt keçiriləcək? - AÇIQLAMA
Bu gün buraxılış imtahanı keçirilir
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 