Mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanların qrafikini təqdim edirik:
| Tarix | İmtahanın adı | İmtahan yeri |
| 5 mart | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi |
| 6 mart | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı |
| 6 mart | Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı | Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 |
| 12 mart | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz |
| 13 mart | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri |
| 13 mart | Dövlət qulluğuna qəbul imtahanı (A növü) | Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 |
| 2 və 3 aprel | · əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;· eksternat qaydasında buraxılış imtahanı (11 illik) | Məlumat veriləcək |
| 10 aprel | · Dövlət qulluğuna qəbul imtahanı (B növü)· Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı | Məlumat veriləcək |
| 16 və 17 aprel | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona) | Məlumat veriləcək |
| 23 və 24 aprel | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona) | Məlumat veriləcək |
| 30 aprel və 1 may | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona) | Məlumat veriləcək |
Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.



Buraxılış imtahanlarının vaxtı açıqlandı - SON DƏQİQƏ
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI
Bu gün 8 124 şagird imtahandan keçir
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Qəbul imtahanlarının vaxtı açıqlandı
Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Magistraturaya və doktoranturaya qəbul imtahanının vaxtı açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 