Kazanda martın 21-25-də Beynəlxalq Türk Kinosu Festivalı keçiriləcək.
ONN media xəbər verir ki, Tatarıstan paytaxtında keçiriləcək festivalda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri iştirak edəcək.
Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.
Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.
Bundan əlavə, iştirakçılar həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.