Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.
ONN media xəbər verir ki, dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədir.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.
9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.



Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatdı
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
10 ölkənin musiqiçiləri Şuşaya gedir
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında - YENİLƏNİB
Prezidentdən Şuşa ilə bağlı mühüm sərəncam
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 