Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri - Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir.
ONN media xəbər verir ki, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.
Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb.
Bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniyada keçiriləcək Dünya Barista Çempionatında (“World Barista Championship”) təmsil edəcək. Bununla da ilk dəfə olacaq Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.
Üç gün davam edəcək festivala səhər 11.00-dan axşam 19.00-dək Bakı sakinləri və qonaqların girişi tam sərbəstdir. Bütün çay və qəhvə məhsulları festival iştirakçıları üçün ödənişsizdir.
Festivalda ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub.
Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.
Yanvarın 13-də yekunlaşacaq qəhvə və çay festivalına giriş sərbəstdir. (Trend)



Qəhvənin inanılmaz faydası
“Coffee`N Joy” markası “Yayland Fest”də iştirak edir
Azərbaycan hərbçiləri Moskvada
Qəhvə sevənlər üçün: frappe
DƏHŞƏT SAÇAN FESTİVAL - -Minlərlə iti diri-diri yandırırlar və...
Bakıda beynəlxalq festival keçiriləcək
Qəhvə və yaşıl çayın İNANILMAZ FAYDASI
İki fincan qəhvə içsəniz... - MÖCÜZƏVİ QORUYUCU
Bakıda Beynəlxalq Caz Festivalı keçirilir
Leyla Əliyeva festivalda təşkil edilən pavilyonlarla tanış oldu
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatdı
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 