"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ONN media-ya verdiyi məlumata əsasən, bu gün Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatmışdır. AZAL və “Silk Way Travel” Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər yerli şirkətlər ilə birgə "Azərbaycan" vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim etmişlər.
Sərgi çərçivəsində həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədi ilə görüşlər və danışıqlar keçirilmişdir. Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti “Buta Airways” haqqında aktual və faydalı məlumat təqdim olunmuşdur. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağı büdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olmuşlar.
Turizm agentliyi bazarında ən böyük şirkətlərindən biri – “Silk Way Travel” sərginin qonaqlarını Azərbaycanın turizm sektorunun sərfəli təklifləri ilə tanış etmişdir. Sərgi çərçivəsində ziyarətçilər qarşıdakı turizm mövsümünün tendensiyaları, maraqlı istiqamətlər, turizm sektorunun perspektivləri və s. tanış olmuşlar.
MITT-2018 sərgisinin bütün iş günləri ərzində ənənəvi olaraq turizm biznesinin aktual məsələləri üzrə konfranslar, seminarlar və məsləhətləşmələr, yeni istiqamətlərin və xidmətlərin təqdimatlarından ibarət geniş işgüzar proqram olmuşdur.
MITT 2018 - MDB regionunun və digər ölkələrin turizm biznesi nümayəndələrinin ən geniş auditoriyasının toplaşdığı, turizm sahəsinin oyunçuları üçün ən böyük tədbirdir.



Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur
Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirilib
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
Nazirlər Kabinetindən yeni qərar
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
AZAL AzTA ilə birgə görüş keçirmişdir
Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı
Lənkəranda regional turizm idarəsi açılır
Prezident fərman imzaladı
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 