ONN media xəbər verir ki, Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədilə Azərbaycanda səfərdədir.
Səfər Rusiyanın məşhur tur operatoru “Summer Tour Russia” tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL), həmçinin ölkəmizin aparıcı tur operatorları “Silk Way Travel” və “Pasha Travel”ın dəstəyi ilə təşkil olunmuşdur.
Proqramın birinci mərhələsi çərçivəsində “Сеть Магазинов Горящих Путевок” aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır.
Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak etmiş, həmçinin ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə etmişdirlər.
Qeyd edək ki, “Сеть Магазинов Горящих Путевок” Rusiyanın iri turizm agentlikləri şəbəkəsidir və ölkənin müxtəlif bölgələrində 400-dən çox ofisə malikdir.
“Сеть Магазинов Горящих Путевок” şirkəti Rusiyanın turizm bazarında Azərbaycanı aktiv şəkildə təbliğ etməkdə maraqlı olduğunu bildirmişdir.
Ümumi proqram çərçivəsində mart və aprel aylarında bütün Rusiyanın aparıcı turizm agentliklərinin daha bir neçə qrupunun ölkəmizə səfəri planlaşdırır



"Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatıb
Lənkəranda regional turizm idarəsi açılır
Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirilib
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldı
Nazirlər Kabinetindən yeni qərar
Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq
Türkiyə və Rusiya arasında yeni sənəd imzalandı
Azərbaycan Altaya turist göndərəcək
“Silk Way Travel” turizm şirkətinin yeni saytı təqdim olundu
Azərbaycan qış turizminə start verilib
Qahirədən Qəbələyə ilk çarter reysi
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 