Cizgi filmlər azyaşlıların həyatının bir hissəsini təşkil edir. Onlar həm maariflənmək, həm də xoş vaxt keçirmək üçün cizgi filmləri izləyir.
ONN media xəbər verir ki, mütəxəssislərə görə, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Təəssüf ki, Azərbaycanda çəkilən cizgi filmlərinin sayı azdır. Çəkilən ekran işləri isə televiziyada yayımlanmır, kinoteatrlarda nümayiş olunmur. Əvvəllər rusların istehsal etdiyi cizgi filmlərə maraq böyük idi, indi isə uşaqlar Türkiyə telekanallarında yayımlanan cizgi filmlərini izləyir. Türkiyə türkcəsində izlənən cizgi filmlər uşaqların inkişaf etməkdə olan dil bacarıqlarına da təsir edir. Yeni dil açmağa başlayan azyaşlılar sözləri Azərbaycan dilində deyil, Türkiyə türkcəsində öyrənirlər.
Azərbaycanın yerli cizgi filmlərinin azlığına səbəb nədir? Onların yoxluğunun uşaqlarımıza hansı mənfi təsiri var?
Bu məlumatla bağlı kinoşünas Aygün Aslanlı ilə əlaqə saxlayıb. O, cizgi filmləri ilə bağlı olan boşluqdan danışıb: “Azərbaycanda qəhrəmanları uşaqlar olan filmlər çəkilir. Amma onlar uşaq filmləri deyil. Uşaqlar üçün axırıncı dəfə 2015-ci ildə rejissorları Cavid Təvəkkül və Rafiq Əliyev olan “Dərs” filmi çəkilib. Bu, son illərdə Azərbaycanda uşaqlar üçün çəkilmiş yeganə film idi. Azərbaycanda uşaqlar üçün filmlər çəkilmir. O ki qaldı cizgi filmlərinə… Azərbaycanda bu işə son vaxtlara qədər kinostudiyanın nəzdində fəaliyyət göstərən “Azanfilm” studiyası məşğul olurdu. Studiya dövlət büdcəsindən maliyyələşir. Kinostudiyanın rəhbərliyindən soruşmaq lazımdı ki, dövlət onlara hər il pul ayırırdı, niyə ortaya diqqətəlayiq bir iş çıxmayıb? Bir ara demişdilər ki, “Cırtdan” nağılını müasir formada təqdim edəcəklər. Türklərin “Pepe”si, fransızların “Kayu”su tipli bir silsilə vəd eləmişdilər. Amma hələ ki, səs-soraq yoxdur. Hazırda ayrı-ayrı özəl studiyalar fəaliyyətə başlayıb. Onlar cizgi filmləri çəkirlər və sosial şəbəkələrdə yayımlayır. Ancaq sizin dediyiniz janrda, yəni məhz azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici işlər hələlik yoxdur. Cizgi film baha başa gələn işdir. Telekanallar da ucuz disklər alaraq, internet portallardan cizgi filmlərini köçürərək, dublyaj etməyə üstünlük verirlər, çünki bu, elə də böyük maliyyə tələb etmir, həmçinin, müəlliflik hüququ tələb edən də yoxdur, istədiklərini edirlər. Yerli studiyalarla müqavilə bağlamaq, bir az artıq vəsait sərf eləmək istəmirlər”.



Azərbaycanda uşaq kanalı açıla bilər?
Azərbaycanda yeni cizgi filmləri çəkiləcək
Uşaqlara ŞAD XƏBƏR - Məşhur cizgi filminin davamı çəkiləcək
75 illik mübarizə filmdə davam edəcək
“Maşa və ayı” növbəti seriyasını Azərbaycana həsr etdi - VİDEO
Böyük TƏHLÜKƏ! İnternetdə uşaqları intihara sövq edən oyun yayıldı - VİDEO
AzTV Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb - VİDEO
Cizgi filmləri uşaqlarda hansı çatışmazlığa səbəb olur?
Məşhur cizgi serialında BİYABIRÇI SƏHNƏ
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq
Məşhur “Pişik Leopold” cizgi filminin yaradıcısı vəfat edib
Cavid İsmayıl: “YADDAŞ” proqramından ötrü çox darıxmışıq”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 