Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə Novruz bayramı ilə bağlı tədbir keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev simvolik Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb. Daha sonra o, təbrik nitqi söyləyib. O, çıxışında daşkəsənliləri bayramı münasibətilə ürəkdən təbrik etdiyini deyib.
“Qoy bu xoş müjdəli Bahar bayramı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, süfrələrimizə ruzi-bərəkət, sevincli günlər gətirsin, bayramınız mübarək olsun.
Gündən-günə qüdrətlənən və müasirləşən Azərbaycan Dövləti daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində qarşılayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsində dövlətimizin gücünün artmasından qürur və iftixar hissi duyan hər bir Azərbaycan vətəndaşı Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir” - Ə.Abıyev çıxışında bildirib.
İH başçısı deyib ki, 2009-cu ildə Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, BMT-nin Baş Məclisi tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.
Əhəd Abıyev bayram münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Daşkəsən ictimaiyyəti və şəxsən öz adından təbrik etdiyi bildirib.
Təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəxin nümunələrinə baxış keçirib.
Bayram şənliyi rayon ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib.



Zurabişvili Novruz bayramına görə təəssüfləndi
Ukrayna səfirliyi Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev və xanımı Novruz şənliyində
Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
AB səfiri Azərbaycan xalqını təbrik edib
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev xalqı TƏBRİK ETDİ
Zakir Həsənovun Azərbaycan Ordusuna BAYRAM TƏBRİKİ
Əhəd Abıyev vəzifəsindən azad edildi
İlham Əliyev xalqı təbrik etdi
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 