ONN media xəbər verir ki, 19.03.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirin keçirilməsində Xocalı rayon mədəniyyət işçiləri və Gənclər və İdman idarəsinin əməkdaşları yaxından köməklik etdilər.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, "N" saylı hərbi hissənin əsgərləri, müəsissə, idarə rəhbərləri və işçiləri, rayon sakinləri iştirak etdilər.
Təşkil olunmuş tədbirdə hər bir idarə və təşkilat tərəfindən xalqımızın qədim adət-ənənələrini əks etdirən guşələri rayon ictimaiyyətinin marağına səbəb oldu. Xocalı rayon İH-nin başçısı Şahmar Usubov bu sərgilərlə tanış olduqdan sonra Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə hazırlanmış dirədöymə, kəndirdartma, güləş, xoruz döyüşü və s kimi yarışları izlədi.
Bahar bayramı münasibətilə elimizə, xalqımıza xeyir-dua vermək üçün Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxış etdi. Bildirdi ki, dünyanın bir çox müsəlman dövlətlərində Novruz bayramı qeyd olunur. Bu ay sevincli aylardan biridir. Yazın gəlişi ilə ağaclar çiçək açır, hər tərəf yaşıl örpəyə bürünür, insanların əhval-ruhiyyəsi artır.
Bayram ərəfəsində paytaxtımızda möhtəşəm VI Bakı Qlobal Forumu keçirildi. Forumda dünyanın 50 ölkəsindən 450-dən nümayəndə iştirak etdmişdir. Ölkəmizı gələn qonaqlar xalqımızın qədim - adət ənənənəsi olan Novruz bayramı ilə tanış oldular.
Novruz bayramı bir-birindən dəyərli abidələri, gözəl təbiəti olan Xocalı rayonunda da yüksək səviyyədə qeyd olunurdu. Bu gün də adət-ənənələrimiz davam etdirilir.
İnşallah Allahın köməyi ilə, Cənab Prezidentimizin ölkəyə rəhbərliyi altında doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Mənfur düşmənlərimizi işğal olunmuş torpaqlarımızdan qovacağıq və bu gözəl bayramımızı öz elimizdə, obamızda qeyd edəcəyik.
Şahmar Usubov xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət və növbəti Novruz bayramını doğma yurd-yuvamızda keçirməyimizi arzuladı.
Sonra rayonumuzun rəhbəri bayram tonqalını odlandırdı. Süvarilər at üzərində bayraqla tonqal ətrafında dövrə vurdular.
Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları və məktəbli şagirdlərin təşkil etdiyi səhnəcikləri hər kəsin gülüşünə səbəb oldu. Milli geyimdə oğlanlar və qızlar rəqs etdilər.
Xocalı rayon Mədəniyyət işçilərinin müsiqi nömrələri ilə tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini artırdı.
Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon tədbiri xoş ovqatla başa çatdı.



"Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi
Xocalılar Heydər Əliyevin doğum gününü ehtiramla qeyd etdilər
Xocalı rayonunda hesabat yığıncağı keçirildi
Xocalılar daima diqqətdədir
Xocalı rayon ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Xocalılar seçkiqabağı təşviqat mitinqində coşqu ilə çıxış etdilər
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi
Goranboyda əyləncəli futbol festivalı keçirildi
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
İcra başçısı rinqə çıxdı
Xocalıya ilk köçün tarixi açıqlanıb
Sabunçuda uşaq yazarı Gülzar İbrahimovanın balaca oxucularla görüşü olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 