ONN media xəbər verir ki, bəzi ekspertlər 2018-ci ildə mənzil bazarında qiymət artımı olacağı proqnozlarını verir.
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, keçən illin sonu, bu ilin əvvəlində mənzil bazarında müşahidə edilən cüzi bahalaşma müvəqqəti xarakterli idi:
"Bahalaşma əsasən, aşağı qiymət seqmentinə aid mənzillərdə qeydə alınıb. Qiymət artımını əsasən yeni tikililərdə, 1 və 2 otaqlı mənzillərdə müşahidə etdik. Bu artım müvəqqəti xarakter daşıdı. Hazırda qiymətlər ötən ilin müvafiq dövründəki qiymətlər səviyyəsindədir".
Ekspert bundan sonrakı vəziyyətin mövsümə uyğunlaşacağını bildirib:
"Qarşıdakı aylarda yay mövsümü başlayacaq. Ənənəvi olaraq, yay mövsümündə daşınmaz əmlak bazarında qiymətlərdə durğunluq yaşanır. Bu baxımdan qiymətlərin nisbətən enəcəyi və stabil qalacağı proqnozlaşdırılır. Bunun əsaslandırılması keçən ilin sonu və bu ilin əvvəllərində qiymət artımına səbəb olan amil - təklifin azalması, tələbatın artması idi. Müşahidələrə görə, minimum səviyyədə tələbat artacağı təqdirdə qiymətlərdə artım ola bilər. Yay mövsümü amilini nəzərə aldıqda isə ciddi qiymət artımı, ümumiyyətlə dəyişiklik gözləmirik".
R.Əliyevin sözlərinə görə, bazarda müəyyən dəyişiklik payızda müşahidə ediləcək:
"Hesab edirik ki, artıq bazarda əhəmiyyətli dəyişiklik olub-olmayacağını payızda müşahidə edəcəyik. Ənənəvi olaraq daşınmaz əmlak bazarında canlanma payız aylarında müşahidə edilir. Məhz o vaxt makroqitisadi vəziyyətə təsir edən amillərdən asılı olaraq proqnozlar vermək mümkün olacaq. Son iki ildə turizm sektorunda müəyyən canlanmaların olması, xaricdən gələnlərin çoxlamasının əmlak bazarna təsiri olub. Bundan sonrakı dövrdə ciddi dəyişiklik gözlənilmir".



Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Mənzil bazarında bahalaşma var
Ev almaq istəyənlərə pis xəbər
Bakıda mənzilin və torpağın qiyməti artdı
Bakıda mənzil bazarında QİYMƏTLƏR dəyişdi...
Bakıda bu mənzillərin qiyməti BAHALAŞDI
Bakıda kirayə ev götürmək istəyənlərə ÜZÜCÜ XƏBƏR
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Kirayə mənzil bazarında SON VƏZİYYƏT - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 