Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azalıb. Demək olar ki, stabillik hökm sürüb. Qiymətlərdə 2-3 faiz bahalaşma müşahidə olunur.
ONN media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspertin sözlərinə görə, ilin birinci rübündə daşınmaz əmlak bazarında bahalaşma müşahidə ediləcək:
"Bu bahalaşma 5 faizə qədər olacaq. Ötən ilin avqustundan etibarən mənzillərin qiymətində bahalaşma müşahidə olundu. Bu bahalaşma ilin sonuna qədər 20-25 faiz təşkil etdi. Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artımından sonra bir qədər stabillik hökm sürür. Sonra yenidən artım müşahidə olunur. Hələ ki, qiymətlər stabildir. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır.
Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metrostansiyaların yaxınlığında olan mənzillər daha bahadır. Məsələn, 1 otaqlı mənzil Köhnə Günəşli qəsəbəsində 65-68 min manatdırsa, "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında eyni mənzilin qiyməti təxminən 80 min manatdır. Metrostansiya yaxınlığında olan 2 otaqlılar 100 min manata, 3 otaqlı mənzil isə 120 mindən yuxarı təklif olunur.
Torpaq bazarında da qiymətlər bir qədər artmaqdadır. Paytaxtın mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil".
"Türkiyədəki zəlzələnin Azərbaycanın mənzil bazarına təsiri oldumu?" sualına ekspert belə cavab verib:
"Türkiyədəki zəlzələnin yeni tikililərə bir qədər təsiri oldu. Vətəndaşlar yeni tikililərdə mənzil alışına bir qədər ehtiyatla yanaşmağa başladılar. İlkin bazarda qiymətlər demək olar ki, stabildir".



Mənzil bazarında bahalaşma var
Bakının mənzil bazarında artım
Bakıda mənzillərin qiyməti qalxıb
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Ev almaq istəyənlərə pis xəbər
Bakıda bu mənzillərin qiyməti BAHALAŞDI
Ev almaq istəyənlərin DİQQƏTİNƏ
Bakıda mənzillərin qiyməti artıb?
Bakıda mənzil bazarında QİYMƏTLƏR dəyişdi...
Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Bakıda mənzilin və torpağın qiyməti artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 