ONN media APA-ya istinadən xəbər verir ki, Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev martın 30-da saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Sabirabad, Şirvan, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
"Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.
Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində Dövlət Gömrük Komitəsində təşkil edilmiş Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır", - deyə məlumatda vurğulanıb.



Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib
DGK əməkdaşlarına yeni rütbələr verilib
Gömrük işçiləri peşə bayramını qeyd edir
Nazir İmişlidə vətəndaşları qəbul edəcək
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Gömrük komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama
Gömrük Komitəsinin daha bir işçisi vəzifədən kənarlaşdırıldı
Qarabağda 3 gömrük postu fəaliyyətə başladı
DGK-da daha bir vəzifəli şəxs işdən çıxarıldı
Gömrük Komitəsi Bakı Metropolitenini cərimələdi
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 