2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki prosesi iştirakçılarının maarifləndirilməsi məqsədi ilə genişmiqyaslı layihələri davam etdirir.
MSK-nın mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, martın 26-dan etibarən Mərkəzi Seçki Komissiyası növbəti layihəyə - dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb.
Tədbirin gerçəkləşdirilməsində əsas məqsəd “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş və daha da təkmilləşdirilmiş imkanları barədə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə ətraflı məlumat vermək, onların proqram təminatları ilə birbaşa və praktiki şəkildə istifadəsinə şərait yaratmaq, o cümlədən mütəxəssislər üçün maraq kəsb edən məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün yeni hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq seçki günü sistemdən rahat və peşəkarlıqla istifadəni təmin edəcək.
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun olaraq ardıcıl və keyfiyyətlə həyata keçirilmiş əksər irimiqyaslı layihələrin artıq uğurla başa çatdığı prezident seçkiləri ilə bağlı son maarifləndirmə tədbirlərindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və martın 28-də yekunlaşması nəzərdə tutulur.



Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi
MSK sədri DSK və MnSK sədrlərinə XƏBƏRDARLQ ETDİ
MSK trenerlər üçün treninqlərə başladı
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
SON DƏQİQƏ: Ləğvetmə başladı
Azərbaycanda dairə seçki komissiyaları təşkil edildi
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
İlkin nəticələr bu gün açıqlanacaq- Məzahir Pənahov
Bu gün Azərbaycanda Prezident Seçkiləri günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 