ONN media xəbər verir ki, martın 26-da xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində YAP-ın seçkiqabağı təşviqat mitinqi keçirildi.
Mitinqdə Milli Məslisin deputatı cənab Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri cənab Vahid Əliyev və rayon sakinləri iştirak etdilər.
Mitinq iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu öndərin büstü önünə tər çiçəklər düzdülər. Mitinq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev mitinqdə giriş sözü ilə çıxış edərək bildirdi ki, Prezident seçkiləri tək Azərbaycanda deyil, dünyanın hər yerində həmin dövlətin ictimai-siyasi həyatında olduqca mühüm hadisədir. Biz də öz dövlətimizin gələcək taleyini müəyyənləşdirəcək şəxsin seçki ilə bağlı təbliğat kampaniyasına başlamışıq.
Sonra təbliğat kampaniyası çərçivəsində yerlərə ezam olunmuş Milli Məclisin deputatı cənab Elman Məmmədova söz verildi. Elman Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2018-ci illərdə Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinə nəzər salaraq onun verdiyi sözlərin hər birinin mərhələ-mərhələ icra olunduğunu vurğuladı. Daha sonra YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən, Azərbaycanın idmanda qazandığı nailiyyətlərdən danışdı. O bildirdi ki, bir Azərbaycan gənci kimi 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevə ona görə səs verəcəyəm ki, onun apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Bundan başqa tədbirə dəvət olunmuş digər qonaqlarda Prezident İlham Əliyevi seçkilərdə dəstəklədiklərini bildirdilər.
Mitinq Xocalı şəhər 3 №li uşaq musiqi məktəbinin müşayiəti altında Xocalı rayon mədəniyyət işçilərinin ifa etdiyi şən musiqilərlə davam etdirildi.



Ərdoğan İstanbulda izdihamlı mitinq keçirdi
Xocalılar Heydər Əliyevin doğum gününü ehtiramla qeyd etdilər
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi
Xocavənd rayon seçiciləri ilə görüş
Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatıb
Xocalı rayonunda hesabat yığıncağı keçirildi
Fevralın 8-i Azərbaycanda “sükut günü”dür
Seçki qabağı təşviqat aprelin 10-u dayandırılacaq
Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar
Prezident və xanımı Bakıda keçirilən ümumxalq yürüşündə - YENİLƏNDİ
Bu TV-lər ödənişli təşviqat aparmayacaq
YAP ödənişsiz efir vaxtından imtina etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 