Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart - Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə çıxış edib.
ONN media xəbər verir ki, , tədbirdə 31 Mart faciəsi, ermənilərin həyata keçirdiyi bu dəhşətli soyqırım cinayəti ilə bağlı gənclərə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb.
Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də dəvət edib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.
Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. O, tələbələri universitetdə keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün universitetdə yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.
Q.Paşayeva tədbir çərçivəsində təqdim olunan tanınmış araşdırmaçı, alim Şəlalə Həsənovanın "İrsimizə atəş açmayın" sənədli filminin Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda Q.Paşayeva tələbələri maraqlandıran sualları da cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb.



Bakıda soyqırım abidəsi ilə bağlı MÜHÜM TƏKLİF
Qənirə Paşayeva Qaziantepdə Qarabağdan danışıb
Qənirə Paşayeva qadınlara qarşı zorakılıqla bağlı Milli Məclisdə ÇAĞIRIŞ ETDİ – VİDEO
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Millət vəkili Taylandın ictimai xadimi, tanınmış təşkilat rəhbərləri ilə görüşdü
Qənirə Paşayeva vəfat etdi
Qənirə Paşayeva Qarabağdan danışdı
Deputat ön cəbhə kəndlərində
Qənirə Paşayeva komaya düşdü
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü
Qənirə Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşüb
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 