Bakıda ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərini özündə əks etdirən soyqırım muzeyinin yaradılması vacibdir. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında 31 Mart soyqırımının ildönümü ilə bağlı çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. Deputat bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayət və soyqırımlarla bağlı məlumat dünyada daha geniş yayılmalıdır: “Bir neçə gün əvvəl dəvətimizlə ölkəmizdə səfərdə olan xarici qonaqlarla görüşdə onlara ermənilərin 20-ci əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi dəhşətli faciələr, 20-ci əsrin sonunda Qaradağlıda, Xocalıda törətdiyi dəhşətli soyqırım, Bağanis-Ayrım, Ağdaban faciəsi ilə də bağlı geniş məlumat verdiyimiz zaman onlar bu cinayətləri özündə əks etdirən muzeyin olub-olmaması ilə maraqlandılar”. Deputat qeyd edib ki, çoxları bir sıra cümhuriyyət qurucularının məhz erməni quldurları tərəfindən qətlə yetirildiyini bilmir: “İstanbulda səfərdə olduğum zaman ermənilərin “Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyanın qətlə yetirdiyi AXC qurucularından, sabiq daxili işlər naziri, Qarabağ xanının nəvəsi Behbud xan Cavanşirin məzarını ziyarət etdik. Onu qətlə yetirənlər ədalət qarşısında cavab vermədilər. Biz onların tarix qarşısında cavab verməsinə nail olmalıyıq. Bu, erməni yalanlarına qarşı mübarizədə də çox vacib bir məsələdir”.
Bakıda soyqırım abidəsi ilə bağlı MÜHÜM TƏKLİF



Deputat 31 Mart soyqırımı ilə bağlı çağırış etdi
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Xocalı həqiqətlərini əks etdirən avtomobil ABŞ küçələrində hərəkət edəcək
Xocalı rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən anım tədbiri keçirildi
Qəbul etmirik, boş sözdür: bu qədər bəsit... - MƏNSİMOV
304 erməni axtarışa verildi - Baş prokuror
Bayden Buça qətliamını soyqırım adlandırdı
Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı
Xocalı soyqırımından 30 il ÖTÜR
Xocalı soyqrımından 27 il ötür
TAM-ın növbəti tədbiri Qubada keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 