ONN media xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-də Dağıstan Respublikasının xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova " bildirib ki, görüşdə "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.
Görüşdə həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşınmalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiyadan gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. Qeyd edilib ki, hazırda Şahdağ idman kompleksinə dəmiryolu xəttinin çəkilməsi qərara alınıb və bu da ölkələrimiz arasında turizmin möhkəmlənməsinə köməklik göstərəcək.
C. Qurbanov həmçinin gələcəkdə Bakıdan Dağıstan daxil olmaqla Rusiyaya qədər sərnişinlərin daşınması üçün "Stadler Rail Group”-un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını da vurğulayıb.
Qonaqlar öz növbəsində ölkəmizdə və dəmir yollarında həyata keçirilən əsaslı dəyişiklikləri yüksək qiymətləndirib, bunun qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar. Görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da artan xətt üzrə davam etdirilməsi qərara alınıb.



ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalandı
Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər
Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km dəmir yolu əsaslı təmir olunur- FOTOLAR
Azərbaycandan İrana 60 milyonluq yatırım
İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
Şuşaya dəmir yolu xətti çəkiləcək
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi
Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları dayandırılır
Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO
Sərnişinlər Azərbaycan Dəmir Yollarında etiraza qalxdılar- SƏBƏB İSƏ...
Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 