“Rusiya Dəmir Yolları” ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb. ONN media xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov Bakıda “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tbilisi- Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb. Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. “Eyni zamanda İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”, - deyə "Rusiya Dəmir Yolları"nın məlumatında göstərilir. Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50%-i elektron yolla rəsmiləşdirildisə, hazırda bu göstərici87%-ə çatıb. C.Qurbanov "Rusiya Dəmir Yolları"nı "Azərbaycan Dəmir Yolları" üçün əsas tərəfdaş olaraq qaldığını deyib: "İstər əməkdaşların səriştəsi, istərsə də Rusiya dəmir yollarının inkişaf səviyyəsi bizim dəmiryolçular üçün gözəl nümunədir". O, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların bundan sonra da müsbət dinamikasını saxlayacağına, birgə layihələrin həyata keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Görüşdə sərhəd-gömrük prosedurlarını daha da təkmilləşdirmək, Bakı- Mahaçqala sərnişin qatarını açmaq imkanlarını araşdırmaq üçün hakimiyyət qurumları ilə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub.
Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər



İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə 2018-ci il üçün tariflər razılaşdırılır
Transxəzər nəqliyyat marşrutunun inkişaf planı TƏSDİQLƏNDİ
ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir
Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk
AZAL-dan Pakistana getmək istəyənlərə ŞAD XƏBƏR
Azərbaycan BTQ ilə sərnişin daşınmasına tam hazırdır
Rusiya, Azərbaycan və İran arasında VACİB MÜZAKİRƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 