Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.
Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan Müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.
Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.



Müdafiə naziri cəbhə xəttində
Zakir Həsənov cəbhə bölgəsində — FOTO
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Kəndər qaytarıldı, general rəhbər heyəti topladı
Nazir orduya kankret tapşırıqlar verdi
Zakir Həsənov xidməti müşavirə keçirdi
Zakir Həsənov xidməti müşavirə keçirdi - Göstərişlər verdi
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub
Zakir Həsənov göstəriş verdi
Zakir Həsənov müşavirə keçirdi
Nazir orduya GÖSTƏRİŞ VERDİ: Sayıqlığı artırın!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 